HAQQIMIZDA

Türkiyə Döş Fondu – MEVA

Bütün dünyada qadınlarda ən çox rast gələn xərçəng növü döş ( süd vəzisi)  xərçəngidir və onun mualicəsi bir problem olaraq qalmasıdır.

 

Xəstəliyin rast gəlmə halları dramatik sürətlə çoxalması, bir problem olaraq qalmaqdadır. Aparılan tədqiqatlar nəticəsində son 50 ildə döş ( süd vəzisi)  xərçənginin hər il birin ikiyə artdığını göstərir. Həyat tərzi, qidalanma , ətraf mühitin çirklənməsi kimi səbəblər xərçəng riskini əhəmiyyətli dərəcədə artıran amillərdən biridir.

 

Muasir dövürdə Qadınlar arasında xərçəngdən ölüm halları döş (süd vəzisi ) xərçəngi 1-ci  yerdədir.Başqa bir xüsusiyyət ‘də indiki döş (süd vəzisi)  xərçəngi artıq gəncləşməsidir. Türkiyə 40 yaşlı qadınlarda bu xəstəliyin rast gəlməsinə görə demək olarki birinci yerlərdən birini tutur  Azərbaycanda’da döş (süd vəzisi)   xərçəngi tez -tez rast gəlməsi bir problem kimi ortaya çıxır.

 

Döş (süd vəzisi) xərcəngi  ilə mübarizədə iki vacib silahımız var. Birincisi, cəmiyyətin döş sağlamlığı mövzusunda lazımi biliklərə yiyələnməsidir. Bu şəkildə qadınlar mütəmadi olaraq yoxlanılır və döş (süd vəzisi)   xərçəngi erkən diaqnoz qoyulur və müalicəsi çox  vaxt mümkün olur . İkincisi, xüsusilə qidalanma yolu ilə  və həyat tərzi dəyişməsi nəticəsində  xərçəngin  inkişafının qarşısını almaq olar.

 

Aparılan bütün elmi araşdırmalar göstərir ki, xüsusilə yüksək riski olan qadınlar pəhriz və həyat tərzi dəyiştirilməsi  ilə döş xərçəngi inkişaf riskini 50 % azalda bilər. Türkiyə Döş Fondu ( Meme Vakfı) cəmiyyəti döş (süd vəzisi)  sağlamlığı mövzusunda məlumatlandırmaq və erkən diaqnoz üsullarının yayılmasını təmin etmək məqsədiylə qurulmuş bir qeyri-hökumət təşkilatıdır.

×