Döşdə ağrı,qızarma ,ümumi bədən atəşi artımı,titrəmə, bəzən dəridə sərtlik əmələ gəlməsi kimi hallar ortaya çıxır. Qoltuq altında ağrılı bir kütlə inkişaf edə bilər. Bu infeksiyanın bədənə yayılmasını məhdudlaşdırmağa çalışan bir linfa vəzidir.
Döşdə İnfeksiya Səbəbləri
Əmizdirmə əsnasında ortaya çıxan döş infeksiyası
Döşdə infeksiya ən çox əmizdirmə əsnasında ortaya çıxar.Normalda körpənin ağızında olan bakteriyalar döşün başındakı bir çatlaqdan süd kanallarına girərək infeksiyaya səbəb olurlar. Ağrı, istilik artımı, şişmə,qızarma və bəzən kütlə meydana gəlməsi kimi hallar ortaya çıxır. Döşdə infeksiya halları ortaya çıxdığında mütləq döş ultrasonu ilə qiymətləndirilməlidir. Əgər ABsə meydana gəlməsi inkişaf edirsə cərrahı olaraq açılaraq ABsə boşaldılmalıdır. Antibiotik və antienflamatuvar dərmanlar ilə müalicə edilir. Bəzi vəziyyətlərdə infeksiya zəminində döş xərçəngi ol bilər;bu səbəblə infeksiya müalicə edildikdən 3-4 həftə sonra təkrar ultrason ilə nəzarət etmək lazımdır.
Əmizdirmə xarici inkişaf edən infeksiya
Döşdə əmizdirmə xaricində də infeksiya inkişaf edə bilər. Bu vəziyyət böyük nisbətdə siqaret istifadə edən qadınlarda olur. Bu qrupda infeksiya zəminində döş xərçəngi araşdırması edilməlidir. İnfeksiya müalicə edildikdən sonra 3-4 həftə sonra ultrason ilə nəzarət edilməlidir.
Digər infeksiya səbəbləri
Enflamatuar süd vəzisi xərçəngi infeksiya tapıntıları ilə qarışa bilər bu səbəblə infeksiya halları ortaya çıxdığında xüsusilə əmizdirməyən qadınlarda mütləq mütəxəssis bir həkim tərəfindən yoxlanması lazımdır.
Antibiotik müalicəsinə cavab verməyən döş infeksiyalarında göbələk xəstəlikləri də ola bilər. Müalicəyə müqavimətli bəzi göbələk infeksiyalarında kafi və uyğun müalicə edilməzsə döşün bütününün cərrahı yolla götürülməsi lazım gəlir. Bu vəziyyətdə cərrahın mütləq bir infeksiya xəstəlikləri mütəxəssisi ilə birlikdə xəstəni müalicə etməsi təklif edilir.
Müalicəyə müqavimətli döş infeksiyalarında şəkər xəstəliyi, aids və ya bəzi xroniki xəstəliklər nəzərə alınmalı və bunlara istiqamətli testllər edilməlidir.
Döş İnfeksiyasının Müalicəsi
Əgər körpə əmizdirilirsə bu döşdən əmizdirməyə son verilir. Nasos ilə süd davamlı olaraq boşaldılır. Digər döşdən körpəni bəsləmənin bir qorxusu yoxdur. İstifadə edilən antibiotikin körpədə yan təsiri olmayacaq bir qrupdan olması lazımdır.