DÖŞDƏ FİBROKİSTİK DƏYİŞİKLİKLƏR

DÖŞDƏ FİBROKİSTİK DƏYİŞİKLİKLƏR

Ağrı,yanma hissi və döşdə kütlələrin ələ gəlməsi ilə özünü göstərən fibrokistik dəyişikliklər döşdə rast gəlinən narahatlaqların birincisidir.Demək olarki bütün qadınların yarısı həyatlarının bir dövründə  fibrokistik dəyişikliklərlə bağlı şikayətlərlə həkimə müraciət edirlər.Şikayətlər bəzi qadınlarda çox zəif ola bilər,yəni aybaşıdan qabaq biraz olan ağrı kimi.Belə qadınların müayinələrində ələ kütlə gəlməyədə bilər.Bəzilərində isə bu tip şeylər çox şiddətli ola bilər.Hansıki bu ağrı gündəlik heyatı təsirləndirəcək qədər çoxdur.Aybaşıdan sonra bülə ağrı azalmayaraq davam edə bilər.

 

Fibrokistik döş və fibrokistik xəstəlik arasında fərq nədir?

Xeyr hər ikisi eyni məna kəsb edir.Keçmişdə bu simptomlar xəstəlik olaraq qəbul edilərkən,indi isə bunun bir xəstəlik olmadığı və normal formanın dəyişməsi kimi qəbul edilir. Döş displaziyası,  xroniki kistik mastit, kimi adlar altında fibrokistik dəyişikliklər üçün müəyyən vaxtlarda istifadə edilən terminlərdir.

 

Döşdə fibrokistik dəyişikliklərin səbəbi nədir?

Döş bir süd vəzidir və süd verən vəzlərdən südü döş başına daşıyan kanallardan və bu quruluşu dəstəkləyən dayaq toxumasından əmələ gəlir.Süd vəzlərində eyni yumurtalıqda olduğu kimi aybaşı dövrünün başlanğıcından etibarən estorogen və progesteron kimi hormonların təsiri ilə hamiləliyə hazırlıq görülür. Süd hazırlayan hüceyrələrdə artım və inkişaf müşahidə edilir.aybaşının sonuna doğru döşlərdə görülən gərginliyin səbəbi budur.Hamiləlik reallaşa bilməzsə yumurtalıqda artan və inkişaf edən hüceyrələr aybaşı dövrü sonunda qanama ilə atılır.Döşdə isə artan və inkişaf edən hüceyrələr aybaşının sonunda hamiləlik reallaşmadığı üçün azalırlar və bu hüceyrələrin bir qisimi ölür. Ölən hüceyrələr ətrafdan gələn iltihab(inflamasyon) hüceyrələri tərəfindən məhv edilərlər. Bu müddət ərzində aktiv olan bəzi kimyəvi ifrazlar rol oynayır. Ölən hüceyrələrin  təmizliyi əsnasında inkişaf edən bir sıra kimyəvi hadisə əsnasında süd vəzləri və kanallarında da bəzi zədələr ortaya çıxa bilər; bu zədənin bərpası əsnasında yara toxumasının yaxşılaşması olan fibrozis inkişaf edə bilər.

 

Döşdəki  süd vəzləri  süd hazırlamadıqları zamanlar belə ifrazat funksiyalarını davam etdirə bilərlər. Normalda ayrılan maye süd kanallarında təkrar geriyə sorulur. Fibrokistik dəyişikliklər əsnasında bu kanallarda və vəzlərdə zədə inkişaf etdiyi üçün bu maye geriyə sorula bilməz; bəzən maye ifraz olunmasında həddindən artıq artım ola bilər və maye yığılır və kistanın içi maye ilə dolu kisələr inkişaf edir. Bu maye kisələri makroskopik ölçüdə 6-7 sm diametrində olub böyük makrokistlərin əmələ gəlməsi ilə nəticələnə bilər.

Bütün bu hadisələrin nəticəsi döşdə inkişaf edən dəyişikliklərə fibrokistik dəyişiklik deyilir. Bu hadisələr hər aybaşı dövründə təkrarlanar və bir müddət sonra daimi dəyişikliklərə yol aça bilər. Ölən hüceyrə artıqlarının miqdarı, bu artıqların təmizlənmə müddətinin kafiliyi, inflamasyonun dərəcəsi hər qadında fərqli ola bildiyi kimi, hər iki döşdə və ya eyni döşün fərqli məskunlaşmalarında fərqlilik göstərə bilər və aydan aya fərqlilik ola bilər.

 

Fibrokistik dəyişikliklər hansi yaş qrupunda görülür?

Daha çox 30 yaşlarından sonra görülməyə başlayır; çünki yuxarıda bəhs etdiyimiz hadisələr illərcə təkrarlanar və daimi dəyişikliklər oturmağa başlayır. 50 yaşdan sonra menopoz dövrü başladığında isə sona çatır.

 

Fibrokistik döş xərçəngə çevrilərmi?

Ümumiyyətlə düşünülənin tərsinə fibrokistik dəyişikliklər döş xərçəngi inkişafında bir risk əmələ gətirməz; lakin döş xərçəngi diaqnozu qoyulmasını çətinləşdirə bilər, xərçəng halları ilə qarışalaşa bilər.

 

Fibrokistik döşün başlıca halları hansılardı?

Döşdə fibrokistik dəyişikliklərə bağlı olaraq ən sıx görülən şikayət ağrıdır. Bu ağrılar ümumiyyətlə aybaşı dövrünün ortasına doğru başlayır və aybaşı olmağa başlayınca azalar və ya itər. Bu tip ağrının səbəbi aybaşı dövrü içində bədəndəki əmələ gələn hormonal dəyişiklikdir.Aybaşı dövrünün ikinci yarısında döşlərdə su tutulmağa başlayır. Dolğunluq və şişlik hissi ilə birlikdə ağrılarda artım müşahidə edilir.Aybaşının başlaması ilə birlikdə döşlərdə tutulan su həll edilər və ağrı azalar, itər. Bəzi faktlarda ağrı davamlılıq göstərə bilər.

Fibrokistik dəyişikliklərin sıx görülən bir başqa halı da döşdə ələ gələn kütlələrdir. Əksəriyyətlə ələ gələn bu kütlələr kistadır. Kista içi su dolu bir kisədir.Aybaşının ikinci yarısında daha da böyüyər və ağrıya səbəb olar. Ümumiyyətlə aybaşının bitməsi ilə kiçilər.

 

Fibrokistik döşün gətirdiyi ən əhəmiyyətli problem nədir?

Bu tip şikayətlər ilə həkimə müraciət edən qadınlarda klinik müayinəniyə görə mamografi və döş ultrasonografisi çəkilər. Ən sıx qarşılaşılan problemlərdən biri də bu tədqiqlərdə müəyyən olunan bəzi halların döş xərçəngi halları ilə qarışmasıdır. Belə vəziyyətlərdə mütləq döşün problemli bölgəsindən parça alınaraq patoloji araşdırılması lazımdır. Bu da qadında çox əhəmiyyətli bir stress səbəbidir.

 

Fibrokistik döş və döş xərçəngi

Hormon və hormon bənzəri maddələrin davamlı və dəyişən təsirləri nəticəsi süd vəzləri və süd kanallarını təşkil edən hüceyrələrdə bəzi dəyişikliklər ola bilər. Bu hüceyrələr digərlərindən fərqli bir görünüşə malikdir və bunlara atipik hüceyrə deyilir. Bəzən bu hüceyrələrdə artım müəyyən olunur və buna da atipik hiperplaziya deyilir. Atipik hiperplaziya olan döşlərdə döş xərçəngi inkişaf riski daha yüksəkdir; çünki bu hüceyrələrin genetik strukturlarında pozulmalar başlamışdır və ortaya çıxan genetik pozuqluqların bərpası qeyri-mümkündür.

 

Bir döşdə fibrokistik dəyişikliyin olması döş xərçəngi riskini artırmaz. Yalnız fibrokistik dəyişikliklər ilə birlikdə atipik hiperplaziya olsa döş xərçəngi riski artar. Bu artım fibrokistik dəyişiklik olmayan qadınlardan 2-6 qat daha çoxdur. Atipik hiperplaziya diaqnozu ancaq buradan biyopsi ilə toxuma nümunəsinin alınıb araşdırılması ilə qoyular. Atipik hiperplaziya, fibrokistik məmələrdə  5% nisbətindədir.

 

Fibrokistik döş dəyişikliyi müəyyən olunan qadın nə etməlidir?

Fibrokistik dəyişiklik müəyyən olunan qadının təqib altında olması lazımdır.

  1. Hər ay aybaşının bitdiyi ilk həftə öz özünü müayinə etməsi lazımdır.
  2. Hər il bir mütəxəssis tərəfindən müayinə olması lazımdır. Əgər risk faktorları yüksəkdirsə ( ailə hekayəsi, atipik hiperplazi varsa, vs) 6 ayda bir müayinə təklif edilir.
  3. 40 yaş üzərində isə hər il mamografi 40 yaş altında isə hər il ulrasonografi ilə nəzarət edilməlidir. Risk faktorları yüksəkdirsə ( ailə hekayəsi, atipik hiperplazi varsa, vs) 6 ay ara ilə bu tədqiqlər edilə bilər.

 

Bu tədqiqlər sırasında şübhəli bir inkişaf müəyyən olunsa biyopsi edilərək parça alınaraq araşdırılması lazımdır. Lakin hər fibrokistik dəyişiklik müəyyən olunan xəstədə biyopsi edilməsi lazımlı deyil; ancaq tədqiqlərdə şübhəli inkişaf müəyyən olunduğunda biyopsi təklif edilir.

 

Fibrokistik dəyişikliyin müalicəsi varmı?

 

1.Şikayətlərin azaldılması

Əvvəlcə ağrı yanma kimi şikayətlər üçün ağrı kəsici və antienflamatuar dərmanlar istifadə edilə bilər. Döşə uyğun bədən sütyen geyilməsi də rahatlama təmin etməkdədir.

 

Bəzi vitaminlər təklif edilsə də bu təsirlərini dəstəkləyən bir elmi iş yoxdur. Yalnız E vitamini ilə əlaqədar bəzi işlər müsbət təsiri olduğunu bildirir.

 

Evening Primrose oil bəzi esansiyal  yağ turşuları ehtiva etməkdədir ; ən az 6 ay davam edir və gündə 3 qram qəbul olunduğunda müsbət təsirləri ola bilər.

 

2.Hormonal Pozulmaların Düzəldilməsi

Nizamsız aybaşıların xəstənin döş şikayətlərinin artırdığı görülmüşdür. Bu xəstələrin doğum idarə həbləri ilə aybaşı pozulmalarının təşkil edilməsinin faydalı olduğu irəli sürülür.

 

Tiroid pozulmaları və şəkər xəstəliyi kimi hormonal pozulmaların da şikayətləri artırdığı görülüb. Bu xəstəliklərin də müalicə edilməsi ilə şikayətlər azalmaqdadır.

 

Bəzi fibrokistik dəyişikliklərdə östrojen hormonunun normaldan yüksək olduğu müəyyən olunmuşdur; bu xəstələrdə östrojen hormonunun döş üzərinə olan təsirlərini azaltmaq məqsədi ilə progesteron hormonu verilməsi təklif edilir.

 

3.Həyat forması və diyet dəyişiklikləri

Kafein qəbulu fibrokistik dəyişiklikləri artırdığı məlumdur. Qəhvə, çay, kolalı içkilər,şokalat kimi yeməklərin kəsilməsi ilə kafein qəbulu məhdudlaşdırıla bilər; pivə pendir şərab kimi mayalı qidalar azaldıla bilər.

×